Pirowise

Qeyri-steroid iltihabəleyhinə preparat.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PİROVAYS bərk jelatin kapsullar
PIROWISE

Beynəlxalq patentləşdirilməmiş adı: Piroxicam

Tərkibi
Təsiredici maddə: 1 kapsulda 20 mq piroksikam vardır.
Köməkçi maddələr: qarğıdalı nişastası, maqnezium stearat, laktoza, natrium laurilsulfat, kolloid sulu silisium dioksid.

Təsviri
İçində tozşəkilli dərman maddəsi olan bərk jelatin kapsullardır.

Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat.
ATC kodu: M02AA07.

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Oksikam qrupundan olan qeyri-steroid iltihabəleyhinə preparatdır. İltihabəleyhinə, ağrıkəsici, qızdırmasalıcı təsirlərə malikdir. Siklooksigenaza fermentini blokadaya alaraq iltihabi prostaqlandinlərin əmələ gəlməsinin qarşısını alır. Ağrını aradan qaldırır. Oynaq xəstəlikləri zamanı ağrını, şişkinliyi azaldır, hərəkətliliyi təmin edir. Analgetik effektini qəbulundan 30 dəqiqə sonra göstərir. İltihab əleyhinə effektini birinci günün sonuna göstərməyə başlayır. İlk qəbulundan sonra 24 saat ərzində iltihabəleyhinə effektini saxlayır.
Farmakokinetikası
Sorulması: qəbulundan sonra piroksikam MBT-dən yaxşı sorulur. Qan plazmasında Cmax-a 3-5 saata çatır.
Paylanması: plazma zülalları ilə birləşməsi 98% təşkil edir.
Metabolizmi: qaraciyərdə metabolizmə uğrayır. Əsas metabolitləri N-metil-benzofulfonamid və 5–hidroksipiroksikam farmakoloji cəhətdən qeyri-aktivdir. Yarımxaricolmda dövrü 50 saat təşkil edir. Qaraciyər xəstəlikləri zamanı uzana bilər. Piroksikam böyrəklər və qaraciyər vasitəsilə xaric olunur. Sidikdə konsentrasiyası nəcisdəki konsentrasiyasından 2 dəfə çoxdur. Piroksikam ana südünün tərkibinə keçir. Plasentar baryeri keçir.

İstifadəsinə göstərişlər

  • Aşağıdakı xəstəliklərin simptomatik müalicəsində istifadə edilir:
  • osteoartrit, revmatoid artrit, ankilozlaşdırıcı spondilit.

Əks göstərişlər

  • Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
  • Asetilsalisil turşusu və digər QSİƏP-lə ilə eyni vaxtda istifadəsi.
  • Aspirinin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbul edilməsi zamanı aşağıda təsvir edilən əlamətlərdən birinin baş verməsi:
  • nəfəs alarkən fit səsi, döş qəfəsinin sıxılması, təngnəfəslik (astma),
  • burunun selikli qişasının şişməsi səbəbindən burun tutulması (burun polipləri),
  • dəridə səpki (övrə), Stivens-Conson sindromu, toksik epidermal nekroliz, multiformalı eritema,
  • dərinin və ya selikli qişaların qəfil ödemi (məsələn gözlərin ətrafı, üzün, dodaqların) nəfəs almaya mane olan ağız nahiyəsinin və ya boğazın ödemi (angionevrotik ödem);
  • Anamnezində QSİƏP-in və asetilsalisil turşusunun qəbulundan sonra yaranan bronxial astma, övrə, kəskin rinit varsa;
  • Qaraciyərin ağır pozulmaları.
  • Müxtəlif etiologiyalı qanaxmalar, antikoaqulyantlarla eyni vaxtda istifadəsi.
  • Orta və ağır ürək çatışmazlığı, ağır qan xəstəlikləri, koronar arteriyaların BYPASS (şunt) əməliyyatından sonrakı ağrı.
  • Periferik qanda dəyişikliklərin olması (etiologiyası məlum olmayan).
  • Qaraciyər və böyrək çatışmazlığı.
  • Hamiləlik və laktasiya.
  • 15 yaşa qədər uşaqlar.
  • Aktiv mədə xorası, iltihabi MBT xəstəlikləri və ya mədə-bağırsaq qanaxması olan xəstələr.
  • Əvvəllər ulserativ kolit, kolit kimi qanaxmaya meylli MBT xəstəlikləri, Kron xəstəliyi, MBT xərçəngi və ya divertikulit keçirmiş pasiyentlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Pirovays qəbuluna başlamazdan əvvəl bunu həkim və ya əczaçı ilə müzakirə etmək zəruridir.
QSİƏP MBT-də ciddi əlavə təsirlər törədə bilər. Bunlardan: ağrı, qanaxma, xora xəstəliyi və perforasiyanı misal göstərmək olar. Əgər sizdə qarın nahiyəsində ağrı, MBT-də qanaxma əlamətlərindən hər hansı biri: qara və ya qanlı nəcis, qan qusma olarsa preparatın qəbulunu dərhal dayandırın və həkimə müraciət edin.
Ciddi allergik reaksiyaları olduqda Pirovays dərmanının qəbul edilməsini dayandırmaq lazımdır: dəridə ilk səpki əlamətləri yarandıqda, yumşaq toxumalar zədələndikdə (selikli qişanın zədələnmələri) və ya allergiyanın başqa hər hansı əlamətlərindən sonra həkimə müraciət edin.
Aşağıda qeyd olunan hallar varsa həkiminizlə məsləhətləşin:
anemiya
yüksək qan təzyiqi varsa (arterial hipertoniya), ürəyin işemik xəstəlikləri, periferik arteriyaların xəstəlikləri, serebrovaskulyar xəstəliklər,
qaraciyər xəstəlikləri (məsələn sirroz),
böyrək xəstəlikləri.
Müalicə müddətində görmə problemləri olarsa həkiminizə məlumat verin.
70 yaşdan yuxarı pasiyentlərdə əlavə təsirləri azaltmaq məqsədilə dozanı korreksiya etmək lazımdır.
Əgər, siz, kortikosteroidlər, serotoninin geriyə tutulmasının selektiv inhibitorları və asetilsalisil turşusu preparatları qəbul edirsinizsə, Pirovaysla yanaşı həkim sizə mədə qoruyucu (qastroprotektor) preparatlar təyin edə bilər.
80 yaşdan yuxarı xəstələrə preparatın qəbulu məsləhət görülmür.
QSİƏP-in qəbul edilməsi ürək tutmaları (miokard infarktı) və ya insult riskinin bir qədər artmasına səbəb ola bilər. Dərmanın böyük dozalarda uzun müddət qəbul edilməsi bu riski artırır. Tövsiyə edilən dozanı aşmaq və müalicə müddətini uzatmaq olmaz.
Pirovays dərmanından istifadə etməzdən əvvəl həkimə və ya əczaçıya müraciət etmək zəruridir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda qeyd olunan dərmanların qəbulu zamanı həkimə məlumat verin:
Asetilsalisil turşusu və digər QSİƏP;
Allergik xəstəliklər və hormonal disbalans zamanı qəbul olunan kortikosteroidlər;
Varfarin və digər antikoaqulyantlar;
Serotoninin geri sorulmasını selektiv inhibə edən preparatlar;
Diuretiklər, angiotenzin çevirici fermentin inhibitorları (AÇF), angiotenzin II reseptorlarının blokatorları;
Simetidin (Piroksikamın sorulmasını artırır) ;
Litium preparatları (Piroksikam və digər QSİƏP-lər litiumun qanda konsentrasiyasını artırır)

Pediatriyada istifadəsi
15 yaşa (bədən çəkisi 45 kq-dan az olan pasiyentlər) qədər şəxslərə və uşaqlara təyini məsləhət deyil.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın qəbulu zamanı xüsusi diqqət və sürətli psixomotor reaksiya tələb edən işlərdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası
Piroksikamın sutkalıq dozası 20 mq-dır. 20 mq 1 və ya 2 dəfəyə qəbul olunur. Kapsullar daxilə yemək vaxtı qəbul olunur.
70 yaşdan yuxarı pasiyentlərdə doza korreksiya oluna bilər.

Əlavə təsirləri
Digər preparatlar kimi Pirovays da əlavə təsirlərə səbəb ola bilər. Adətən orqanizm tərəfindən yaxşı qəbul olunur. Piroksikamın qəbulundan sonra ən çox rast gəlinən əlavə təsirlər MBT –də baş verir. Bunlardan: MBT xora xəstəliyi, perforasiya və qanaxma riski yaşlı şəxslərdə daha yüksəkdir. Həmçinin ürəkbulanma, dispepsiya, qusma, hematoma, meteorizm, qarında ağrılar, diareya, qəbizlik, stomatit, kolitin kəskinləşməsi və ya Kron xəstəliyi müşahidə oluna bilər.
Nadir hallarda: qulaqlarda küy, əllərin şişməsi və s.
MSS-ə təsiri: başgicəllənmə, yuxululuq, yuxusuzluq, depressiya, hallüsinasiyalar, əhvalın dəyişməsi, baş ağrıları, əsəbilik, yorğunluq, vertiqo.
Gözlərin şişkinliyi, qıcıqlanması, görmənin dumanlanması, fotoallergik reaksiyalar, onixoliz.
Dəridə allergiya, qaşınma, ekzema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, Henoks-Şönleyn purpurası.
Digər allergik reaksiyalar, astma tutmaları, övrə, angionevrotik ödem, vaskulit, zərdab xəstəliyi və s.
Böyrəklərin geri dönən zədələnmələri: sidik cövhəri və kreatinin səviyyəsinin artması, nefrotik sindrom, interstisial nefrit.
Qaraciyər zədələnmələri: transaminazaların səviyyəsinin artması, sarılıq, hepatit.
Pankreatit, ürək döyüntülərinin artması, təngnəfəslik, qanda şəkərin miqdarının artması və ya azalması, çəkinin azalması.
Qanın biokimyəvi göstəricilərinin dəyişməsi: anemiya, eozinofiliya, leykopeniya, trombositopeniya, aplastik anemiya, hemolitik anemiya.
Digər: anoreksiya, hiperqlikemiya, hipoqlikemiya, eşitmənin pozulması, ürək çatışmazlığı, vaskulit, hipertenziya.
Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqəsində qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, lütfən bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması
Əlamətləri: ürəkbulanma, qusma, melena, melenayabənzər hallar, qulaqlarda küy, tonik – klonik qıcolmalar, hemorragik diatez, aqranulositoz, aplastik anemiya, dəri səpgiləri, toksiko-allergik şok.

Buraxılış forması
20 kapsul. 10 bərk jelatin kapsul, blisterdə. 2 blister (20 kapsul) içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır

İstehsalçı
Farmalabor – Produtos Farmacêuticos, S.A. Zona Industrial de Condeixa-a-Nova 3150-194 Condeixa-a-Nova, Portuqaliya.

Məhsulun və əmtəə nişanının sahibi
“WISE PHARMA” LP – Böyük Britaniya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …