Visfulin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VİSFULİN        0,1% krem
VISFULIN
Beynəlxalq patentləşdirilməmiş adı: Tazarotene
Tərkibi
Təsiredici maddə:   1 q kremin tərkibində 1 mq tazaroten (0,1%) vardır.
Köməkçi maddələr: benzil spirti, karbomer 974P, etilendiamintetrasirkə turşusunun dinatrium duzu, poloksamer 407, maye parafin, natrium hidroksid, natrium tiosulfat pentahidrat, sorbitan monostearat, təmizlənmiş su.
Təsviri
Ağ rəngli bircinsli kremdir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün psoriazəleyhinə preparatlar.
ATC kodu: D05AX05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Tazaroten retinoy turşusuna həssas hüceyrə reseptorlarına təsir göstərir. Beləliklə, dərinin yenilənməsi baş verir. Psoriaz zamanı tazaroten epitel hüceyrələrin həddən artıq artıb-çoxalması və ölməsi prosesini zəiflədir. Bu zaman dərinin qocalma və yenilənmə prosesləri normallaşır.
Farmakokinetikası
Preparatın toksikliyi azdır və minimal qıcıqlanmaya səbəb olur. Bunun səbəbi preparatın zəif sorulması ilə əlaqədardır. Preparat dəridə və ya piy toxumasında toplanmır.
Dəridə tazaroten tazaroten turşusuna, sonuncusu hidrofil birləşmələrə çevrilir və sidiklə xaric olunur. Yarımparçalanma dövrü 18 saatdır.
İstifadəsinə göstərişlər
Yüngül və orta dərəcəli psoriazın müalicəsində istifadə olunur.

Əks göstərişlər

  • Tazarotenə və ya preparatın digər hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
  • Hamiləlik və hamiləliyə hazırlıq dövrü.
  • Laktasiya dövrü.
  • Psoriatik eritrodermiya, kəpəklənmə, pustulyoz və eksfoliativ psoriaz.
  • Üz dərisində, başın tüklü hissəsində, dərinin qatlanan hissələrində istifadə olunmur.
  • 18 yaşdan aşağı pasiyentlərdə psoriazın müalicəsində istifadə olunmamalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Visfulin krem yalnız zədələnmiş nahiyələrə çəkilməlidir. Sağlam, ekzematoz və iltihablanmış dəriyə çəkilməsi dərinin qıcıqlanmasına səbəb ola bilər.
Preparatın təsadüfən gözlərə düşməməsi üçün xəstələrə gel tətbiq edildikdən sonra əllərini yumaq tövsiyə edilməlidir.
Bədənin səthinin 10% -dən çoxunda istifadənin təhlükəsizliyi müəyyən edilməyib. Bədən səthinin 20% -ə qədər tətbiqi təcrübəsi məhduddur.
Visfulin kremlə müalicə zamanı UB-şüalanmadan uzaq durmaq lazımdır. Preparatla müalicə zamanı dərinin həsasslığı artdığından güclü yanıqlara səbəb ola bilər. Visfulin kremlə müalicə zamanı günəşdən qoruyan kremlər (SPF 15-dən yuxarı) və qapalı geyimlər istifadə olunmalıdır. Günəş yanıqlarının tam sağalmasına qədər Visfulin kremindən istifadə etmək olmaz.
Preparatı həmçinin fotosensibilizasiyaya səbəb ola biləcək preparatların (tiazidlər, tetrasiklinlər, flüorxinolonlar, fenotiazinlər, sulfanilamidlər) qəbulu zamanı istifadə etmək olmaz.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Hər hansı digər preparat qəbul edirsinizsə və ya yaxınlarda qəbul etmisinizsə bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.
Visfulin 1%-li kremi dəriyə quruducu və qıcıqlandırıcı təsir göstərən preparatlar və maddələrlə (dezinfeksiyaedici maddələr, həmçinin kosmetik vasitələrdən sabunlar və şampunlar) birlikdə istifadə olunması məsləhət deyil. Əgər bu vasitələr istifadə olunarsa Visfulin krem 1 saatlıq intervalla istifadə olunmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı istifadə etməzdən qabaq həkiminiz və əczaçınızla məsləhətləşin. Visfulin kremin hamiləlik və hamiləliyə hazırlıq dövründə istifadəsi məsləhət deyil. Heyvanlar üzərində aparılmış tədqiqatlara əsasən məlum olmuşdur ki, dölə teratogen təsir göstərir.
Preparatın istifadəsi zamanı hamiləliyin baş verməməsi üçün kontraseptivlərdən istifadə etmək məsləhət görülür. Visfulin kremlə müalicə zamanı hamilə qalsanız, bu haqda dərhal həkiminizə məlumat verin.
Tazarotenin ana südünə keçməsi ilə bağlı məlumatlar yoxdur, amma heyvanlar üzərində aparılmış tədqiqatlar göstərir ki, preparatın südlə ekskresiyası baş verə bilər. Bu səbəblə, preparat laktasiya dövründə istifadə edilməməlidir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.
İstifadə qaydası və dozası
Psoriazın müalicəsində krem nazik təbəqə ilə gündə 1 dəfə patoloji nahiyəyə axşam çəkilməlidir. İstifadə etməzdən qabaq duş qəbul etmisinizsə, dərini yaxşıca qurutmaq lazımdır.
Akne səpgilərinin müalicəsində üzü təmizlədikdən sonra qurudaraq nazik təbəqə ilə axşam 1 dəfə çəkmək lazımdır.
İstifadə qaydası:
– Duş qəbulundan sonra Visfulin kremi istifadə etməzdən qabaq dərini yaxşıca qurutmaq lazımdır.
– Kremi yalnız zədələnmiş nahiyələrə çəkmək lazımdır, sağlam nahiyələrə çəkilərsə, dəridə qaşınma, qızartı və iltihab yarana bilər.
– Krem çəkilmiş nahiyələrin üstünü örtmək və sarğı qoymaq olmaz.
– Kremi çəkdikdən sonra əllərinizi yaxşıca yuyun (əgər patologiya əllərdə deyilsə). Kremin gözə düşməsindən çəkinmək lazımdır, əgər gözə düşərsə, gözlərinizi su ilə yaxşıca yuyun.
– Nəzərə almaq lazımdır ki, kremi kosmetik və dəriyə qulluq vasitələri ilə birlikdə istifadə etmək olmaz. Əgər bu vasitələr istifadə olunarsa Visfulin krem 1 saatlıq intervalla istifadə olunmalıdır.
– Əgər dəridə qıcıqlanma baş verərsə, preparatın istifadəsini dərhal dayandırın və dermatoloqa müraciət edin.
Qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi haqda informasiya yoxdur.
18 yaşdan aşağı uşaqlar  və yeniyetmələrdə istifadə olunmamalıdır.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil).
Visfulin ciddi əlavə təsirlərə səbəb ola bilər: dəridə qaşınma, yanğı, qızartı və qabıqlanma. Visfulinin soyuq və küləkli havada istifadəsi dərinin qıcıqlanmasına səbəb ola bilər. Visfulinin istifadəsindən sonra dəridə qıcıqlanma əlamətləri meydana gələrsə bu haqda həkiminizə məlumat verin. Həkim preparatın qəbulunu dayandıra və ya istifadəsini azalda bilər.
Çox tez tez rast gəlinən əlavə təsirlər:

  • Dərinin qaşınması
  • Dəridə yanğı hissi
  • Dəridə qıcıqlanma
  • Dəridə qızartı

Tez-tez rast gəlinən əlavə təsirlər:

  • Qeyri-spesifik dəri səpgiləri
  • Kontakt dermatiti
  • Ağrılı dəri
  • Psoriazın kəskinləşməsi
  • Dəridə qaşınma, iltihab və quruluq
  • Dərinin iltihablanması (dermatit)
  • Dəridə çatlar, qanaxma
  • Dəridə regional ödem

Məlum olmayan əlavə təsirlər:

  • Suluqlar
  • Dərinin pigmentasiyasının dəyişməsi (hiperpiqmentasiya və ya hipopiqmentasiya)

Əgər sizdə preparatın qəbulundan sonra bu içlik vərəqədə qeyd olunmamış hər hansı əlavə təsirlər meydana gələrsə, bu haqda həkiminizə və ya əzaçıya məlumat verin.
Doza həddinin aşılması
Doza həddinin aşılması dəridə qızartı, qabıqlanma və diskomforta səbəb ola bilər. Təsadüfən kremin udulması zamanı A vitamini hipervitaminozu əlamətləri meydana gələ bilər. Bunlardan güclü baş ağrısı, qusma, yorğunluq, tez qıcıqlanma və dəri qaşınmasını misal göstərmək olar. Visfulin kremin təsadüfən udulması zamanı həkimə müraciət etmək lazımdır.
Visfulin krem yalnız xaricə və gündə 1 dəfə istifadə üçün nəzərdə tutulmuşdur. Daha tez-tez istifadə daha yaxşı nəticənin əldə olunmasına səbəb olmur.
Əgər, Siz Visfulin kremi tövsiyə olunmuş dozadan daha çox qəbul etmisinizsə bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.
Preparatı istifadə etməyi unutmusunuzsa, ikiqat dozanı istifadə etməyin. Əvvəlki qaydada gündə 1 dəfə nazik təbəqə ilə istifadəyə davam edin.
Buraxılış forması
30 q krem, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Visfulin kremi işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Qablaşma açıldıqdan qabaq 25oC-dən aşağı temperaturda uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Qablaşma açıldıqdan sonra 25oC-dən aşağı temperaturda uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Tubu istifadə etdikdən sonra kip bağlayın. Tub açıldıqdan sonra preparatı 12 ay ərzində istifadə etmək olar. 12 aydan sonra yararlılıq müddəti bitməsə belə preparatı istifadə etmək olmaz.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı, ünvan
Farma-Tek İlaç San.ve Tic. A.Ş.
Məhsulun və əmtəə nişanının sahibi
“WISE PHARMA” LP.
Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. Glasgow-Şotlandi̇ya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …