Fertoprostin Şam

Bir şamın tərkibi:
Laktoferrin – 30 mq
Qliserofosfoinozitol (QFİ) lizin 2% – 40 mq
Hialuron turşusunun natrium duzu – 20 mq

Köməkçi maddələr: Aerosil 200, bərk yağlar.

FARMAKOLOJİ TƏSİRİ:
Fertoprostin şamları həm vaginal, həm də rektal istifadə üçün nəzərdə tutulub. Sidik-cinsiyyət sisteminin iltihabi xəstəliklərində və anorektal xəstəliklərin müalicəsində yerli istifadə olunur. Uşaqlıq yolu və anorektal nahiyəyə antibakterial təsir göstərir, regenerasiya proseslərini sürətləndirərək zədələnmiş selikli qişanı bərpa edir. Anorektal nahiyədə yerli qoruyucu və yağlayıcı təsiri sayəsində prostatın həm kəskin, həm də xroniki xəstəliklərində müsbət təsir göstərir. Güclü iltihab əleyhinə və ödem əleyhinə təsirləri sayəsində ağrı əlamətlərini aradan qaldırır. Preparat bu xüsusiyyətlərinə görə qəbizlik və hemorroidal durğunluq hallarında da istifadə olunur.
Laktoferrin – qlikoprotein olub, göz yaşı, ağız suyu, ana südü, uşaqlıq yolu ifrazatı, sperma, burun və bronxial sekret, öd, sidik, mədə-bağırsaq traktının selikli qişasında olur. Əsas funksiyası bakteriyalara, viruslara, göbələklərə, eləcə də parazitlərə qarşı mikrobəleyhinə effekt göstərməsidir. Laktoferrin uşaqlıq yolu və düz bağırsağın selikli qişasında baryer rolunu oynayaraq bakteriyaların və göbələklərin selikli qişadan keçməsinin qarşısını alır. Laktoferrin həmçinin prebiotik rolunu oynayaraq uşaqlıq yolunda və anorektal nahiyədə xeyirli bakteriyaların artıb- çoxalmasını stimulə edir. Laktoferrin hüceyrə səviyyəsində immun hüceyrələrin funksional aktivliyi, yetişməsi və miqrasiyasına da aktiv təsir göstərərək yerli immuniteti artırır.
Qliserofosfoinozitol (QFİ) – qliserofosfoinozitolun xolin duzu olub, bitki mənşəli aktiv komponentdir. Xolin orqanizmdə fosfatidilxolin və sfiqnomielinin sintezini aktivləşdirir ki, bunlardan da seramidlər sintez olunur. Qliserofosfoinozitol hüceyrə membranlarında fosfolipidlərin sintezində iştirak edir. Həmçinin yağ turşuları ilə, xüsusilə araxidon turşusu ilə birləşərək orqanizmdə iltihabi mediatorların sintezini ləngidir, iltihab əleyhinə təsir göstərir.
Hialuron turşusunun natrium duzu – endogen polimerdir. Hialuron turşusu su molekullarını özünə birləşdirməsi hesabına yüksək nəmləndirici təsir göstərir və selikli qişanı bürüyərək patogen bakteriyalara qarşı “baryer effekti” yaradır. Zədələnmiş uşaqlıq yolu və anorektal nahiyədə regenerasiya proseslərini sürətləndirir, selikli qişanın bərpasını təmin edir. Həmçinin hialuron turşusu prostat vəzi ətrafında baryer yaradaraq toxumaların homeostazına səbəb olur və toxumaları ətraf təsirlərdən qoruyur.

GÖSTƏRİŞLƏRİ:
– Anal çatlar
– İltihablanmış hemorroidal düyünlər
– Proktit
– Düz bağırsaq nahiyəsində eroziya və xoralar
– Kəskin və xroniki prostatit
– Kolpit (Vaginit)
– Endoservisit
– Residivləşən vulvovaginal kandidozlar və bakterial vaginozlar
– Uşaqlıq yolu və uşaqlıq boynunun iltihabı ilə müşahidə olunan eroziv zədələnmələri

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Qadınlarda:
Kolpit (Vaginit); Endoservisit; Residivləşən vulvovaginal kandidozlar və bakterial vaginozlar; Uşaqlıq yolu və uşaqlıq boynunun iltihabı ilə müşahidə olunan eroziv zədələnmələri zamanı uşaqlıq yoluna 1 şam gündə 1 dəfə, axşam yatmazdan qabaq dərinə yeridilir.
Anal çatlar; İltihablanmış hemorroidal düyünlər; Proktit; Düz bağırsaq nahiyəsində eroziya və xoralar zamanı isə düz bağırsağa 1 şam gündə 1 dəfə, axşam yatmazdan qabaq dərinə yeridilir.
Kişilərdə:
Kəskin və xroniki prostatit və ya Anal çatlar; İltihablanmış hemorroidal düyünlər; Proktit; Düz bağırsaq nahiyəsində eroziya və xoralar zamanı düz bağırsağa 1 şam gündə 1 dəfə, axşam yatmazdan qabaq dərinə yeridilir.

HAMİLƏLİK VƏ LAKTASİYA:
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi mümkündür.

ƏLAVƏ TƏSİRLƏRİ:
Preparat orqanizm tərəfindən yaxşı qəbul olunur. Diqqət və sensomotor qabiliyyətə mənfi təsir göstərmir. Nadir hallarda yerli qıcıqlanma, ağrı və ya diskomfort kimi hallar ola bilər.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq.

SAXLANMA ŞƏRAİTİ:
25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

BURAXILIŞ FORMASI:
10 vaginal və rektal şam, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılıb.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “WISE PHARMA” LP – Böyük Britaniya

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …