TƏRKİBİ:
Maqnezium (Maqnezium oksid kimi) (Magnesium (as Magnesium oxide)) – 200 mq
Dərman limonotunun (Dərman bədrənci) quru ekstraktı 4% (Lemon Balm (Melissa officinalis) 4% dry extract) – 150 mq
Yemişan (Birdişicikli yemişan) çiçəyi, yarpaqları və budaqlarının quru ekstraktı (Hawthorn (Crataegus monogyna) leaf, flower and stem dry extract) – 150 mq
Adi dazıotu bitkisinin ekstraktı (St. John’s Wort (Hypericum perforatum) extract) – 100 mq
Vitamin B6 (Piridoksin hidroxlorid kimi) (Vitamin B6 (as Pyridoxine HCl)) – 5 mq
Köməkçi maddələr:
Maltodekstrin (maltodextrin), mikrokristallik sellüloza (microcrystalline cellulose), natrium kroskarmelloza (croscarmellose sodium), silisium dioksid (silicon dioxide), bitki mənşəli stearin turşusu (vegetable grade stearic acid), bitki mənşəli maqnezium stearat (vegetable grade magnesium stearate), etil sellüloza (ethyl cellulose), hidroksipropilmetilsellüloza (hydroxypropylmethylcellulose), bitki mənşəli qliserin (glycerine pheur vegetable grade), orta zəncirli triqliseridlər (medium chain triglycerides), olein turşusu (oleic acid), ammonium hidroksid (ammonium hydroxide), natrium alginat (sodium alginate), təmizlənmiş stearin turşusu (purified stearic acid).
İSTİFADƏ QAYDALARI VƏ DOZA:
Böyüklər: 1 tablet gündə 1 dəfə. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı hiperhəssaslıq.
BURAXILIŞ FORMASI:
Tablet.
QABLAŞDIRMA FORMASI:
№30 (3×10) blisterdə, karton qutu qablaşdırmada
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
MSS-nin fəaliyyətinin yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.
SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ:
30 ay.
MƏHSULUNUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
WISE PHARMA LP
Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. GLASGOW – ŞOTLANDİYA.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
SIA “Primea”, Latviya.
İSTEHSALÇININ ÜNVANI:
Ventspils iela 48, Riga, LV-1002