Ceftaza

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Seftaza – inyeksiya məhlulu hazırlamaq üçün toz
Ceftaza
Beynəlxalq patentləşdirilməmiş adı: Ceftriaxone / Tazobactam
Təsiredici maddə: Seftriakson natrium USP,  ekvivalentdir 1000 mq seftriksona;
Natrium tazobaktam USP, ekvivalentdir  125 mq tazobaktama
Həlledici: sterilizə edilmiş inyeksiya üçün su 10 ml ampul
Təsviri
Şüşə flakonda, ağ toz.
Farmakoterapevtik qrupu
Antibiotik (sefalosporinlər qrupu)
ATC kodu:
J01DD54
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Seftriakson üçüncü nəsil sefalosporinlər sırasından olan geniş təsir spektrli antibiotikdir. Bakteriyaların hüceyrə membranının sintezinin qarşısını almaqla bakterisid təsir göstərir. Əksər qrammənfi, bir çox qrammüsbət törədicilərə və bəzi anaeroblara münasibətdə aktivdir. Beta-laktamaza əmələ gətirən bakteriyaların təsirinə qarşı davamlıdır. Seftriaksona həssas olan aerob qrammənfi bakteriyalar: Aeromonas spp., Alcaligerıes spp., Branhamella catarrhalis, Citrobacter spp., Enterobacter spp. (bəzi ştamları davamlıdır), E.coli, Haemophilus ducreyi, Haemophilus influenzae, Haemophilusparainfluenzae, Klebsiella spp. (o cümlədən Kl.pneumoniae), Moraxella spp., Morganella morganii, Neisseria gonorrhoeae, Neisseria meningitides, Plesiomorıas shigelloides, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp., Pseudomonas aeruginosa (bəzi ştamları davamlıdır), Salmonella spp. (o cümlədən S.typhi), Serratia spp. (o cümlədən S. marcescefıs), Shigella spp., Vibrio spp. (ocümlədən V.cholerae), Yersiniaspp. (o cümlədən Y.enterocolitica). Penisillin, birinci və ikinci nəsil sefalosporinlər və aminoqlikozidlərin iştirakında davamlı şəkildə çoxalan adları yuxarıda sadalanan mikroorqanizmlərin əksər ştammları seftriaksona qarşı həssaslıq göstərirlər. Kliniki məlumatlara görə birincili və ikincili siflis zamanı preparat yaxşı effekt göstərir. Seftriaksona həssas olan aerob qrammüsbət bakteriyalar: Streptococcus agalactiae, Staphylococcus aureus (o cümlədən penisiüinaza əmələ gətirənlər), Streptococcus bovis, Staphylococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus viridans. Metisillinə qarşı davamlı olan Staphylococcus spp. sefalosporinlərə, o cümlədən seftriaksona qarşı rezistentdir. Enterococcus spp. əksər ştammları da (məsələn, Streptococcus faecalis) preparata qarşı davamlıdır. Anaerob törədicilər. Bacteroides spp. (o cümlədən B.fragilis), Clostridium spp (o cümlədən Cl.dificille), Fusobacterium spp. (F.mortiferum və F.varium istisna olmaqla), Peptococcus spp., Peptostreptococcus spp., Bacteroides spp. beta-laktamaza əmələ gətirən bəzi ştammları (məsələn, B.fragilis) seftriaksona qarşı davamlıdır. Seftriakson hematoensefalik baryerdən yaxşı keçir.
Tazobaktam struktur olaraq sulbaktama bənzəyən penisillat sulfondur. Beta-laktamaza inhibitoru olmaqla, penisillinlər və sefalosporinlər kimi bu ferment tərəfindən məhv edilən bir çox dərmanla sinergizm göstərir. Tazobaktam klavulan turşusunun inhibə edə biləcəyi bütün beta-laktamazları inhibə edir və əlavə olaraq Morganella morganii, Citrobacter freundii, Enterobacter cloacae, Serratia marcescens və Pseudomonas aeruginosa bakteriyalarının induksiya edilmiş fermentlərinə qarşı müəyyən aktivliyə malikdir. Tazobaktam digər beta-laktamazlarla müqayisədə zəif ferment induktorudur.
Seftriakson və tazobaktamın kombinasiyası:
Tazobaktam və seftriaksonun birləşməsi seftriaksona həssas olan bütün mikroorqanizmlərə qarşı aktivdir. Bundan əlavə, kombinasiya müxtəlif mikroorqanizmlərə qarşı fərdi komponentlərlə müqayisədə sinergizm (minimum inhibitor konsentrasiyalarının azaldılması) nümayiş etdirir.
Qram-mənfi aeroblar: Acinetobacter calcoaceticus, Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Haemophilus influenzae (ampisillinə rezistent beta-laktamaza sintez edən ştammlar daxil olmaqla), Haemophilus parainfluenzae, Klebsiella oxytoca, Klebsiella pneumonia, Moraxella catarrhalis (beta-laktamaza sintez edən ştammlar), Morganella morganii Neisseria gonorrhoeae (penisillinaza sintez edən və sintez etməyən ştammlar daxil olmaqla), Neisseria meningitides, Proteus mirabilis, Proteus vulgaris, Serratia marcescens.
Seftriakson Pseudomonas aeruginosa qarşı da aktivdir.
Yuxarıda göstərilən mikroorqanizmlərin ştammalrı adətən digər antibiotiklərə, məsələn, penisillinlərə, sefalosporinlərə və aminoqlikozidlərə davamlı olub, seftriaksona isə həssasdır.
Qram-müsbət aeroblar: Staphylococcus aureus (penisillinaza sintez edən ştammlar daxil olmaqla), Staphylococcus epidermidis, Streptococcus pneumonia, Streptococcus pyogenes, Viridans group streptococci.
Metisillinə davamlı stafilokoklar sefalosporinlərə, o cümlədən seftriaksona davamlıdır.
Anaeroblar: Bacteroides fragilis, Clostridium species, Peptostreptococcus species.
Clostridium difficile bir çox ştammları davamlıdır.
Aerob qram-mənfi mikroorqanizmlər: Citrobacter diversus, Citrobacter freundii, Providencia species (Providencia rettgeri daxil olmaqla), Salmonella species (Salmonella typhi daxil olmaqla), Shigella species.
Aerob qram-müsbət mikroorqanizmlər: Streptococcus agalactiae, Prevotella (Bacteroides) bivius, Porphyromonas (Bacteroides) melaninogenicus.
Meningitə səbəb olan Listeria monocytogenes və penisillinədavamlı S.Pneumoniae qarşı az aktivdir.
Farmakokinetikası:
Seftriaksonun maksimal plazma konsentrasiyası orqanizmə yeridildikdən  30 dəqiqə sonra əldə edilir. Seftriakson sidikdə yüksək konsentrasiyalara çatır. Ümumilikdə seftriaksonun 33-67%-i dəyişməz halda, qalan hissəsi isə öd və nəcislə xaric olunur. 1q seftriaksonun venadaxili yeridilməsindən sonra öddə orta konsentrasiya 581 mkq/ml və plazmada 62,1 mkq/ml təşkil edir. Yarımxaricolma dövrü 8,7 saatdır. Seftriakson 98% plazma zülalları ilə birləşir. Seftriakson hematoensefalik baryeri keçir. Peritoneal maye və hemodializlə xaric olmur.
Tazobaktam farmakoloji və antibakterial aktivliyə malik olmayan tək metabolitə qədər metabolizmə uğrayır. Tazobaktam böyrəklər vasitəsilə qlomerular filtrasiya və boru sekresiya ilə xaric olunur. Tazobaktam və onun metaboliti əsasən böyrəklər vasitəsilə xaric olunur, qəbul edilən dozanın 80%-i dəyişməz halda, qalan hissəsi isə tək metabolit kimi xaric olunur. Tazobaktam həmçinin ödlə də xaric olunur. Tazobaktamın təxminən 30%-i plazma zülalları ilə birləşir. Tazobaktam metabolitlərinin isə zülallarla birləşməsi cüzidir. Tazobaktam toxumalarda və orqanizmin mayelərində, o cümlədən bağırsağın selikli qişasında, öd kisəsində, ağciyərlərdə, qadın reproduktiv orqanlarında (uşaqlıq, yumurtalıqlar və uşaqlıq boruları), hüceyrəarası mayedə və öddə geniş paylanır.
İstifadəsinə göstərişlər
Preparata davamlı bakteriyaların inkişafını azaltmaq və seftriakson natrium və tazobaktamın effektivliyini qorumaq üçün preparat yalnız həssas mikroorqanizmlərin yaratdığı infeksiyaların müalicəsində istifadə edilməlidir.
Seftriakson natrium və tazobaktam kombinasiyasının inyeksiyası aşağıdakı hallar üçün göstərişdir:
– yuxarı və aşağı tənəffüs yollarının və LOR orqanlarının infeksion və iltihabi xəstəlikləri (kəskin və xroniki bronxit, pnevmoniya, xəstəxanadanxaric pnevmoniya, ağciyər absesi, plevral empiema, orta qulağın kəskin bakterial otiti daxil olmaqla);

– dərinin və yumşaq toxumaların infeksion-iltihabi xəstəlikləri;

– sidik-cinsiyyət orqanlarının infeksion- iltihabi xəstəlikləri (pielit, kəskin və xroniki pielonefrit, sistit, prostatit, epididimit və s.);

– üz-çənə sümüklərinin və oynaqların infeksion-iltihabi xəstəlikləri;

– qarın boşluğu orqanlarının infeksion-iltihabi xəstəlikləri (peritonit, xolesistit, pankreatit və s.);

– penisillinaza sintez edən mikroorqanizmlərin törətdiyi ağırlaşmamış qonoreya;

– sepsis və bakterial septisemiya;

– bakterial meningit və endokardit;

– yumşaq şankr və sifilis;

– Laym xəstəliyi (spiroxetoz);

– salmonelyoz və salmonella daşıyıcıları;

– immuniteti zəifləmiş  xəstələrdə infeksiyalar;

– əməliyyatdan sonrakı infeksiyaların ağırlaşmalarının profilaktikası.

Əməliyyatdan sonrakı infeksiyaların ağırlaşmalarının profilaktikası: əməliyyatdan əvvəl Seftazanın təyini əməliyyatdan sonrakı infeksiya riskini azalda bilər. Cərrahi əməliyyat keçirən xəstələr (məsələn, vaginal abdominal histerektomiya, risk altında olan xəstələrdə xroniki kalkulyoz xolesistit üçün xolesistektomiya, antimikrob preparatların qəbulunu tələb etməyən kəskin xolesistit, obstruktiv sarılıq və ya öd yollarının daşlarla tıxanması və s.) potensial infeksiya riski altındadır. Həmçinin cərrahi əməliyyatların  ciddi risk yarada biləcəyi xəstələr (məsələn, aorto-koronar şuntlama əməliyyatı zamanı) infeksiya yarana biləcəyi baxımdan da potensial təhlükəlidir.
Əks göstərişlər
Sefalosporinlərə və beta-laktamaza inhibitorlarına (penisillinlər, karbapenemlər daxil olmaqla) yüksək həssaslıq. Hamiləlik (I trimestr) və laktasiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla: yenidoğulmuşlarda hiperbilirubinemiya, vaxtından əvvəl doğulmuş körpələr, böyrək və/və ya qaraciyər çatışmazlığı, qeyri-spesifik xoralı kolit, enterit və ya antibakterial maddələrin istifadəsi ilə əlaqəli kolit, hamiləlik, ana südü ilə qidalanma.
Xüsusi göstərişlər: Profilaktik məqsədlər üçün Seftazanın təyini arzuolunmazdır, çünki bu halda dərmana davamlı olan bakteriyaların inkişaf riski artır.
Arterial hipertenziya və su-elektrolit balansının pozulması zamanı plazmada natrium səviyyəsini yoxlamaq lazımdır. Uzunmüddətli təyinat olduqda, sitoloji qan analizi aparmaq vacibdir, disbakteriozun mümkün inkişafını nəzərə almaq lazımdır.
Seftaza ilə müalicəyə başlamazdan əvvəl xəstənin sefalosporinlərə, penisillinlərə və digər preparatlara qarşı allergik reaksiyalarının olub-olmaması aydınlaşdırılmalıdır. Bu preparat penisillinə həssas olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Ciddi həssaslıq reaksiyaları baş verərsə, dəri altına epinefrin yeridilməli və digər müvafiq müalicə tədbirləri görülməlidir.
Clostridium difficile-nin səbəb olduğu diareya, Seftaza da daxil olmaqla, antibakterial preparatlardan istifadə edən, demək olar ki, bütün xəstələrdə  yüngül və ağır formada müşahidə oluna bilər.
Seftriakson/tazobaktam da daxil olmaqla sefalosporinlər qəbul edən xəstələrdə hemolitik anemiya baş verə bilər. Hemolitik anemiyanın ağır halları həm böyüklərdə, həm də uşaqlarda müşahidə edilmişdir.
Hətta tövsiyə olunan dozalarda da belə preparatın tətbiqi zamanı karbamid azotu və plazma kreatininin səviyyəsində müvəqqəti artım müşahidə edilmişdir. Bəzi xəstələrdə protrombin vaxtının artması müşahidə edilmişdir.
K vitamini sintezi pozulmuş və ya K vitamini defisiti olan xəstələr (məsələn, xroniki qaraciyər xəstəliyi və ya həzm pozğunluğu) Seftaza ilə müalicə zamanı onların protrombin vaxtına davamlı olaraq nəzarət edilməlidir. Müalicə zamanı protrombin vaxtı artmışdırsa və ya müalicədən əvvəl bu göstərici daha yüksək idisə, onda K vitamini (gündəlik 10 mq) tətbiq edilməlidir.
Seftazanın uzun müddət istifadəsi rezistent mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Buna görə pasientlərin daimi nəzarəti lazımdır. Superinfeksiyanın inkişafı zamanı müvafiq terapevtik tədbirlər görülməlidir. Seftaza mədə-bağırsaq xəstəlikləri, xüsusən də kolit olan xəstələrə ehtiyatla təyin edilməlidir.
Digər sefalosporinlərin istifadəsi zamanı olduğu kimi, anafilaktik şokun inkişafını da istisna etmək olmaz.
Böyrək və qaraciyər çatışmazlığı zamanı və hemodializdə olan xəstələrdə dozanın tənzimlənməsi və plazma konsentrasiyasının monitorinqi tələb olunur (təcrid olunmuş qaraciyər və böyrək funksiyalarının pozulması zamanı qanda səviyyəsinə vaxtaşırı nəzarət etmək tövsiyə olunur). Qaraciyər çatışmazlığı olan xəstələrdə seftriaksonun dozasının tənzimlənməsi tələb olunmur, lakin, qaraciyər və böyrək funksiyasının əhəmiyyətli dərəcədə pozulması olan xəstələrdə Seftazanın dozası gündə 2,250 q-dan çox olmamalıdır, plazmada preparatın konsentrasiyasına nəzarət tələb olunmur.
Yenidoğulmuşlar (≤ 28 gün):
Hiperbilirubinemiyası olan yeni doğulmuş uşaqlar, xüsusən də vaxtından əvvəl doğulmuş körpələr seftriakson qəbul etməməlidirlər. In vitro tədqiqatlar göstərmişdir ki, seftriakson bilirubini plazma albumini ilə birləşməsindən kənarlaşdıra bilər ki, bu da bilirubin ensefalopatiyasının inkişafına səbəb olacaqdır.
Yenidoğulmuşlarda seftriaksonun kalsium duzunun çökməsi riski səbəbindən seftriakson kalsium tərkibli venadaxili məhlullarla, məsələn, parenteral qidalanma ilə kombinasiya edilməməlidir. Seftriakson və kalsium tərkibli mayelər tətbiq olunan yenidoğulmuşlarda ağciyərlərdə və böyrəklərdə kristalların əmələ gəlməsi ilə ölüm halları müşahidə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
QSİƏP və trombosit aqreqasiyasının digər inhibitorları ilə eyni vaxtda istifadə edildikdə, qanaxma ehtimalı artır.
Diuretiklər və aminoqlikozidlər seftriaksonun nefrotoksik təsirini gücləndirir.
Preparat aminoqlikozidlər, flukonazol, labetalol, vankomisin, pentamidin, kalsium tərkibli məhlullarla uyğunsuzdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Seftaza hamiləliyin ilk trimestrində istifadə edilməməlidir.
Preparat az miqdarda ana südünə keçir. Buna görə müalicə zamanı ana südü ilə qidalanma dayandırılmalıdır.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
İstifadə qaydası və dozası
Uşaqlar: Kəskin infeksiyaların müalicəsi üçün tövsiyə olunan doza 50-75 mq/kq (seftriaksona nəzərən hesablamada) hər 12 saatdan bir 2 dozaya bölünür. Ümumi gündəlik doza 2 q-dan çox olmamalıdır (seftriaksona nəzərən hesablamada). 2 həftəyə qədər yenidoğulmuşlar üçün gündəlik doza 20-50 mq/kq təşkil edir. Kəskin bakterial otitin müalicəsi üçün əzələdaxili 50 mq/kq (lakin seftriakson baxımından 1 q-dan çox olmayan) birdəfəlik doza tövsiyə olunur.
Böyüklər: Böyüklər üçün adi doza infeksiyanın ağırlığından asılı olaraq gündə 1-2 dəfə 1000/125 mq seftriakson/tazobaktamdır. Ümumi gündəlik doza 4 q-dan çox olmamalıdır (seftriaksona nəzərən hesablamada).
Əməliyyatdan əvvəl istifadə üçün (cərrahi-infeksion ağırlaşmaların profilaktikası üçün) əməliyyatdan 30 dəqiqə – 2 saat əvvəl 1 q seftriaksonun birdəfəlik venadaxili yeridilməsi tövsiyə olunur. Seftaza ilə müalicə infeksiyanın simptomları aradan qalxdıqdan sonra ən azı 2 gün davam etdirilməlidir. Terapiyanın  müddəti adətən 4-14 gündür; infeksiyanın ağırlığından asılı olaraq, terapiyanın müddətini uzatmaq lazım ola bilər. Streptococci pyogenes səbəb olduğu infeksiyaların müalicəsində terapiya ən azı 10 gün davam etdirilməlidir. Aşağıda göstərildiyi kimi, seftriakson sonra əzələdaxili inyeksiya və ya tədricən venadaxili inyeksiya/infuziya yolu ilə tətbiq oluna bilər.
Seftriakson əzələdaxili və ya asta olmaqla venadaxili inyeksiya (aşağıda göstərilən üsulla infuziya məhlulu hazırlamaqla) yolu ilə yeridilir.
İstifadəyə dair göstərişlər:
Venadaxili yeridildikdə preparat sterilizə edilmiş inyeksiya üçün suda; natrium xlorid məhlulunda və ya qlükoza məhlulunda 1:10 nisbətində, əzələdaxili inyeksiya üsulu ilə yeridildikdə isə 1% lidokain məhlulunda həll edilir. Seftaza preparatının müvafiq həlledici (inyeksiya üçün su, natrium xlorid məhlulu, qlükoza) ilə durulaşdırılması cədvəldə göstərilmişdir.

Doza (Seftriaksona nəzərən hesablanmış) 250 mq    500 mq   1000 mq
Venadaxili yeridilmə üçün həlledicinin miqdarı (ml).            2,4          4,8          9,6
Əzələdaxili inyeksiya üçün həlledicinin miqdarı (ml) (1% lidokain hidroxlorid məhlulu)  

0,5-0,9

 

1,0-1,8

 

3,6

Venadaxili inyeksiya ən azı 2-4 dəqiqə davam etməlidir.
Venadaxili infuziya ən azı 30 dəqiqə ərzində aparılmalıdır.
Preparatı 1% lidokain məhlulunda durulaşdırdıqdan sonra hazır məhlul dərin əzələdaxilinə yeridilir. 1 q-dan yuxarı dozalar (seftriaksona görə hesablanmış) 12 saat fasilə ilə 2 inyeksiyaya bölünməlidir.
Preparatın hazırlanmış məhlulu dərhal istifadə edilməlidir.
Tərkibində kalsium olan həlledicilərdən (məsələn, Ringer məhlulu və ya Hartman məhlulu) Seftazanın məhlulunu hazırlamaq və ya hazırlanmış venadaxili məhlulu əlavə durulaşdırmaq üçün istifadə edilməməlidir. Bu, çöküntünün meydana gəlməsinə səbəb ola bilər!
Əlavə təsirləri
Seftriakson və tazobaktam  kombinasiyası ümumiyyətlə orqanizm tərəfindən yaxşı qəbul edilir.
Preparatı istifadə edərkən aşağıdakı əlavə təsirlər  müşahidə edilə bilər:
Sinir sistemində: baş ağrısı, başgicəllənmə, yuxululuq, qıcolmalar (böyrək çatışmazlığı ilə), eşitmə pozğunluğu;
Həzm sistemində: ürəkbulanma, qusma, qəbizlik, meteorizm, anoreksiya, qarında spazm və ağrılar, dadbilmənin pozulması, stomatit, ağızın selikli qişasında xoralar ağız nahiyəsində kandidoz, glossit, psevdomembranoz kolit, disbakterioz;
Qaraciyərdə: transaminazaların, qələvi fosfatazanın, laktatdehidrogenaza və ya bilirubinin aktivliyinin müvəqqəti artması, qaraciyər funksiyasının pozulması, xolestaz;
Qan sistemində: hemoqlobin və hemotakritdə azalma, keçici eozonofiliya, neytropeniya, leykopeniya, aplastik və hemolitik anemiya, trombositopeniya, aqranulositoz, hipoprotrombinemiya, protrombin vaxtının uzanması, plazma koaqulyasiya faktorlarının səviyyəsinin azalması (II, VII, IX, X);
Sidik-cinsiyyət sistemində: pozulmuş böyrək funksiyası, interstisial nefrit, dizuriya, vaginit, urolitiaz, nefrolitiaz, perineumda qaşınma, qan plazmasında kreatinin və karbamid azotunun artması;
Allergik reaksiyalar: həssaslıq reaksiyaları, dəridə səpkilər, qaşınma, allergik pnevmonit, allergik dermatit, övrə, ekzantema, Kvinke ödemi, nadir hallarda – dərman qızdırması və ya üşütmə, zərdab xəstəliyi, anafilaktik şok, bronxospazm. Digər preparatların istifadəsi zamanı olduğu kimi, bəzi hallarda, multiformalı eritema, Stivens-Conson sindromu, Layel sindromu kimi  əlavə təsirlər baş verə bilər.
Yerli reaksiyalar: inyeksiya yerində ağrı və ya infiltrasiya, venadaxili yeridildikdən sonra tromboflebit.
Doza həddinin aşılması
Simptomlar: neyroreflektor oyanıqlıq sindromu, ensefalopatiya, böyrək çatışmazlığı olan xəstələrdə qıcolmalar, ürəkbulanma, qusma, diareya.
Müalicə: hemodializ və köməkçi terapiya.
Buraxılış forması
Ağ rəngli toz, 10 ml şəffaf şüşə flakona doldurulmuş, boz butil rezin tıxacla bağlanmış və mavi alüminium qapaqla möhürlənmişdir.
Şəffaf, rəngsiz məhlul, şəffaf, 10 ml FFS ampullar içlik vərəqə ilə birlikdə karton qutulara qablaşdırılmışdır.
(Hər qablamada 1 flakon + 1 ampul).
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda saxlayın. İşıqdan qoruyun.
Məhlul hazırlandıqdan sonra normal işıqdan qorumağa ehtiyac yoxdur.
Məhlulun rəngi saxlama müddətindən, konsentrasiyadan və istifadə olunan həlledicidən asılı olaraq açıq sarıdan tünd sarıya qədər dəyişir. Məhlulun istifadə olunmamış hissəsi atılmalıdır.
Uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti
2 il
Qablaşdırmada göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı :
HEALTHCARE FORMULATIONS PVT.LTD
C/8, Sardar Estate, Ajwa Road, Baroda- 390 019, India
AMANTA HEALTHCARE PVT.LTD
Plot No.876, N.H.No.8, Village, Hariyala, Tal-Matar, Dist:Khieda -387 411, India
Qeydiyyat vəsiqəsinin sahibi:
OPES HEALTHCARE” Pvt.Ltd
C-002, Elanza Crest, Nr. Sigma House, Sindhu Bhavan Road, Bodakdev, Thaltej Gam, Ahmedabad-380059, Gujarat, India
Məhsulun və əmtəə nişanının sahibi:
“WISE PHARMA” LP
Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. Glasgow-Şotlandiya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …