Sildeazin

Geniş təsir spektrli mikrobəleyhinə vasitə, sulfanilamid.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SILDEAZIN   dərman  forması
SILDEAZIN
Beynəlxalq patentləşdirilməmiş adı:
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq gümüş sulfadiazin vardır.
Köməkçi maddələr: Polisorbat 80, polisorbat 60, qliserin monostearat, setil spirti, maye parafin, metilparaben, propilen qlikol, təmizlənmiş su.
Təsviri
Yumşaq konsistensiyalı ağ rəngli iysiz kremdir.
Farmakoterapevtik qrupu
Geniş təsir spektrli mikrobəleyhinə vasitə, sulfanilamid.
ATC kodu: D06BA51
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Gümüş sulfadiazin bir sıra qrammənfi və qrammüsbət bakteriyalara, həmçinin, göbələklərə qarşı antibakterial aktivliyə malikdir. İnfeksiyalaşmış yaralarda və yanıqlarda Pseudomonas
aeruginosa və Enterobacter pyogenes-ə qarşı təsiri təyin edilmişdir. Bakterisid xüsusiyyəti yara nahiyəsində sulfadiazin gümüş duzunun parçalanması nəticəsində əmələ gələn gümüş ionları hesabına baş verir. Gümüş ionları bakterisid, sulfadiazin isə bakteriostatik təsir göstərir.
Farmakokinetikası
Yara nahiyəsinə çəkildikdə periferik və sistem qan dövranına 10% sulfadiazin, 1% gümüş sorulur. Geniş nahiyəyə çəkildikdə isə qanda sulfadiazinin konsentrasiyası 10-20 mkq/ml-ə qədər qalxır.
İstifadəsinə göstərişlər
Yara və yanıqların müalicəsində yara nahiyəsində infeksiyalaşmanın qarşısını almaq üçün istifadə olunur. Trofiki xoraların və yataq yaralarının infeksiyalaşmasının həmçinin, donor transplantatın və zədə nahiyəsinin infeksiyalaşmasının qarşısını alır.
Əks göstərişlər

  • Gümüş sulfadiazinə və ya kremin tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq.
  • Hamiləlik dövrü.
  • 2 aydan aşağı və vaxtından qabaq doğulan körpələrdə.
  • Metenamin və sulfanilamidlərlə birgə istifadəsi zamanı sidik cövhəri kristallarının əmələ gəlmə riski artır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın uzun müddətli istifadəsi tələb olunursa, tənəffüs problemləri, qaraciyər və böyrək çatışmazlığı zamanı, yanıqlrın müalicəsində yanıq bədənin geniş sahələrini  əhatə edirsə, qlukoza-6-fosfatdehidrogenaza defisiti varsa preparatın istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat yerli istifadə olunan bir sıra preparatların təsirini zəiflədir. Dərinin geniş sahələrinə çəkildikdə preparat bir sıra preparatların (qanda qlukozanın səviyyəsini azaldan preparatlar və fenitoin) effektivliyinə təsir göstərir.
Metenamin və sulfanilamidlərlə birgə istifadəsi zamanı sidik cövhəri kristallarının əmələ gəlmə riski artır. Həmiçinin gümüş sulfadiazin papainin fermentativ aktivliyini zəiflədə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı preparatı istifadə etməzdən qabaq həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Yanıqlarda istifadəsi
Preparatı yara və yanıq nahiyəsini gigiyenik normalara riayət olunaraq təmizləndikdən sonra  3-5 mm qalınlıqda çəkmək lazımdır. Yanıqlarda ekssudatın həcmi böyükdürsə daha tez-tez istifadə etmək lazımdır.
Əllərin yanıqlarında istifadəsi
Preparatı yanmış ələ çəkərək əli plastik paketə yerləşdirərək biləkdən bağlamaq lazımdır. Paketin içinə çoxlu miqdarda ekssudat toplanarsa sarğını dəyişmək lazımdır.
Yataq yaraları və trofiki xoralarda istifadəsi
Xoranın içini 3-5 mm qalınlıqda kremlə örtmək lazımdır. Preparat tamlığı pozulmamı dərinin maserasiyasına (yumşalmasına) səbəb olduğu üçün zədələnməmiş toxumalara çəkilməməsi üçün ehtiyatlı olmaq lazımdır.
Barmaq ucluqlarının zədələnməsi zamanı istifadəsi
Kremi istifadə etməzdən qabaq zədələnmiş nahiyədə qanaxmanı kəsmək lazımdır. Bundan sonra krem 3-5 mm qalınlıqda zədə nahiyəsinə çəkilməli və adi sarğı qoymaq lazımdır. Sarğını 2-3 gündən bir dəyişmək lazımdır.
Əlavə təsirləri
İstənilən dərman vasitəsi kimi gümüş sulfadiazin də xəstələrdə müxtəlif əlavə təsirlərə səbəb ola bilər. Aşağıda qeyd olunan hallarda preparatın istifadəsini dayandırın və həkimə müraciət edin:

  • Hiperhəssaslıq reaksiyaları
  • Dərinin nekrozu
  • Dərinin və gözətrafı nahiyənin qızarması və ödemi
  • Dərinin rənginin dəyişməsi
  • İştahanın itməsi, susama, qusma

Qeyd olunmuş bu hallar ciddi əlavə təsirlər olub təxisalınmaz tibbi yardım tələb edir.
Əlavə  təsirlərin  tezliyi  aşağıdakı  parametrlərlə  təyin  edilir:
çox  tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100);  nadir hallarda
(≥  1/10000 – < 1/1000); çox  nadir  hallarda (< 1/10000); məlum  deyil (əldə  olan  məlumatlar  görə  tezliyi  qiymətləndirmək  mümkün  deyil).
Çox  tez-tez (≥ 1/10):

  • Qaşınma (dəridə qaşınma), ekzema
  • Kremin çəkildiyi nahiyədə səpki

Tez-tez (≥ 1/100 – < 1/10):

  • Hiperhəssaslıq reaksiyaları
  • Yanğı hissi
  • Multiformalı eritema
  • Dərinin nekrozu
  • İştahanın itməsi, susuzluq hissi və qusma kimi əlamətlərlə müşayiət olunan böyrəklərin iltihabı

Bəzən (≥ 1/1000 – < 1/100):

  • Böyrək çatışmazlığı

Məlum  deyil (əldə  olan  məlumatlar  görə  tezliyi  qiymətləndirmək  mümkün  deyil).

  • Aqranulositoz
  • Aplastik anemiya
  • Qlukoza-6-fosfatdehirogenaza defisiti ilə bağlı anemiya
  • Hemolitik anemiya
  • Gümüşlə zəhərlənmə
  • Trombositopeniya
  • Leykopeniya
  • Su-elektrolit balansının pozulması
  • Qızdırmanın qalxması
  • Gümüşun ağızın selikli qişasına toplanması
  • Psevdomembranoz enterokolit
  • Toksiki meqakolon
  • Qaraciyər hüceyrələrinin zədələnməsi
  • Hepatit
  • Dərinin tündləşməsi və ya rəngsizləşməsi
  • Dərinin qızarması
  • Göbələk infeksiyaları
  • Stivens-Conson sindromu
  • Toksiki epidermal nekroliz
  • Sidikdə həll olunmayan çöküntünün əmələ gəlməsi
  • Nefrotoksiklik

Yuxarıda qeyd oluna və olunmayan əlavə təsirlər zamanı həkimə müracitə edin.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeydə alınmayıb.
Buraxılış forması
40 q krem aluminium tubda qablaşdırılıb. 1 tub içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılıb.
Saxlanma şəraiti
Preparatı orijinal qablamada 25ºС  temperaturdan  yüksək  olmayan, işıqdan  qorumaqla  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
DEVA Holding A.Ş.
Ünvan
Çerkezköy Organize Sanayi Bölgesi Karaağaç Mah. Atatürk Cad., No: 32 Kapaklı – TEKIRDAG/TURKEY
Məhsulun və əmtəə nişanının sahibi “WISE PHARMA” LP. Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. Glasgow-Şotlandi̇ya.

 

 

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …