Consolatin

Tibbi vasitə – vaginal şam
1 şamın tərkibi:
Natrium hialuronat – 5 mq
Süd turşusu – 5 mq
Asiya sentellası yağı – 60 mq
Gülümbahar yağı – 60 mq
Aloe vera gel – 60 mq
Çay ağacı yağı – 2 mq
Köməkçi maddələr: Aerosil 200, polisorbat 80, bərk yağlar.
Natrium hialuronat – təbii molekulyar biopolimerdir və özündə su molekullarını birləşdirmək və saxlamaq qabiliyyətinə malikdir, nəticədə toxumaları nəmləndirir. Bir neçə doğuşdan sonra və yaşlanma dövründə uşaqlıq yolunun əzələ qatı öz elastikliyini və tonusunu itirir, selikli qişa quruyur və zədələnmələrə qarşı həsasslaşır. Nəticədə qadınlarda vaginal hissiyatın itməsi, adi hallarda və intim münasibət zamanı diskomforta səbəb olur. Na hialuronatın istifadəsi zamanı angiogenez aktivləşir, neokollagenez artır, uşaqlıq yolunun divarının selikli qişasının nəmlənməsi baş verir, əzələ liflərinin tonusu artır.
Süd turşusu – vaginal pH-ın normal göstəricilərini bərpa edir, turşuyahəssas patogen və şərti-patogen floranın inkişafının qarşısını alır. Süd turşusu vaginal infeksiyalar zamanı müşayiət olunan qələvi mühitin qarşısını almaq üçün turşu rezervi yaradır. Nəticədə uşaqlıq yolunu genital infeksiyalardan qoruyan təbii müdafiə rezervini artırır. Turş mühit spermatozoidlərə öldürücü təsir göstərdiyindən, yalnız ən davamlı spermatozoid mayalanmada iştirak edə biləcək və beləliklə, daha sağlam nəsilə başlanğıc verəcək.
Asiya sentellası ekstraktı sayəsində – hüceyrələrin inkişafını və yenilənməsini təmin edir, yaraların sağalması prosesini, kollagen sintezini və angiogenezi stimulyasiya edir. Regenerasiyaedici, antiseptik, nəmləndirici təsirə malikdir.
Gülümbaharın yağlı ekstraktı – (Calendula Officinalis L.) (tərkibində salisil və pentadesil turşuları vardır) sayəsində, bakterisid, yarasağaldıcı, iltihab əleyhinə təsirlərə malikdir, həmçinin streptokokk və stafilokokkları məhv edir. İltihab əleyhinə, yarasağaldıcı və antiseptik vasitə kimi uşaqlıq boynunun eroziyasında, trixomonad kolpitində tətbiq edilir.
Aloe vera – ekstraktı nəmləndirici xüsusiyyətə malikdir, toxumaların elastikliyini təmin edir; iltihab proseslərinə təsir göstərir, zədələnmiş toxumaların çapıqlaşmasının qarşısını alır. Aloe Vera ekstraktı yarasağaldıcı xüsusiyyətə də malikdir. Bundan başqa Aloe Vera ekstraktı bitki mənşəli antimikotikdir. Bakteriostatik xüsusiyyəti sayəsində isə, orqanizmi bakteriya və virus infeksiyalarından müdafiə edir.
Çay ağacı yağı – antiseptik, antibakterial, antiviral və antifungal təsirləri ilə patogen bakteriyalara, viruslara və göbələklərə öldürücü təsir göstərərək yaraları sağaldır. Tərkibinə 100-dən çox terpen birləşmələr daxildir. Bunlardan alfa-terpin, linalool və alfa-terpineolu göstərmək olar. Lipofil terpineollar mikroorqanizmlərin hüceyrə membranından keçərək onlara toksiki təsir göstərir, membranlarını dağıdaraq öldürücü təsir göstərir. Xüsusilə bakteriyalara öldürücü təsir göstərdiyindən antibiotiklərin belə çətinliklə məhv etdiyi “Staphylococcus aureus” bakteriyalarına öldürücü təsir göstərir.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
• Qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (vulvit, vaginit, vulvovaginit, salpingit, ooforit, salpingo-ooforit, endometrit və s.)
• Uşaqlıq yolunun eroziyası.
• Uşaqlıq yolunun selikli qişasının atrofik və distrofik vəziyyətinin müalicəsi zamanı (pre- və postmenopauza dövründə atrofik kolpit (vaginit).
• Doğuşdan, ginekoloji əməliyyatlardan sonra yaraların sağalması və bitişmənin sürətlənməsi məqsədilə.
• Estrogen çatışmazlığının səbəb olduğu uşaqlıq yolunun selikli qişasının quruluğu zamanı
• Abortdan, uşaqlıqdaxili kontraseptiv spiralın istifadəsindən, uşaqlıq boynu diatermokoaqulyasiyasından, histeroqrafiya və uretradaxili müayinələrdən əvvəl və sonra.
• Uşalıq yolu atrofiyasının simptomlarını aradan qaldırmaq məqsədilə (qaşınma, dispareuniya, vulvodiniya (vulva nahiyyəsində ağrı, quruluq və gərginlik hissi).
• Kimyəvi terapiya, ionlaşdırıcı radiasiya zamanı distrofik vəziyyətlər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Məhsulun hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
İSTİFADƏ QAYDALARI VƏ DOZA: Gün ərzində 1 dəfə (axşam yatmazdan əvvəl) 1 şam uşaqlıq yoluna yeridilir. Müalicə müddəti 2-4 həftə.
ƏLAVƏ TƏSİRLƏRİ: Uzun müddət istifadəsi zamanı individual hiperhəssaslıq halları müşahidə oluna bilər.
BURAXILIŞ FORMASI: 10 vaginal şam.
SAXLANMA ŞƏRAİTİ: Orijinal qablamada +18-250C temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NIŞANININ SAHİBİ: “WISE PHARMA” LP Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. GLASGOW – ŞOTLANDİYA.
İSTEHSALÇI: “Fulton Medicinali” S.P.A – İtaliya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …