Consolatin Gel

Regenerator, Vaginal antiseptik vasitə.

TƏRKİBİ:
Hialuron turşusu 5 mq
Süd turşusu 60 mq
Sarı yoncanın yağlı ekstraktı 60 mq
Gülümbaharın yağlı ekstraktı 60 mq
Aloe Vera – 60 mq
Çay ağacı yağı – 2 mq

FARMAKOLOJİ QRUPU: Regenerator, Vaginal antiseptik vasitə.
Hialuron turşusu – təbii molekulyar biopolimerdir və özündə su molekullarını birləşdirmək və saxlamaq qabiliyyətinə malikdir, nəticədə toxumaları nəmləndirir. Bir  neçə doğuşdan sonra və yaşlanma dövründə uşaqlıq yolunun əzələ qatı öz elastikliyini və tonusunu itirir, selikli qişa quruyur və zədələnmələrə qarşı həsasslaşır. Nəticədə qadınlarda vaginal hissiyatın itməsi, adi hallarda və intim gigiyena zamanı diskomforta səbəb olur. Hialuron turşusunun istifadəsi zamanı angiogenez aktivləşir, neokollagenez artır, uşaqlıq yolunun divarının selikli qişasının nəmlənməsi baş verir, əzələ liflərinin tonusu artır.
Süd turşusu – vaginal pH-ın normal göstəricilərini bərpa edir, turşuyahəssas patogen və şərti-patogen floranın inkişafının qarşısını alır. Süd turşusu vaginal infeksiyalar zamanı müşayiət olunan qələvi mühitin qarşısını almaq üçün turşu rezervi yaradır. Nəticədə uşaqlıq yolunu genital infeksiyalardan qoruyan təbii müdafiə rezervini artırır. Turş mühit spermatozoidlərə öldürücü təsir göstərdiyindən, yalnız ən davamlı spermatozoid mayalanmada iştirak edə biləcək və beləliklə, daha sağlam nəsilə başlanğıc verəcək.
Sarı yoncanın yağlı ekstraktı –  tərkibinin saponozidlərlə (aziatikozid və madekassozid)  zəngin olması hesabına kollagenin və mukopolisaxaridlərin sintezini artırmaqla toxumaların elastiklik indeksini yüksəldir,  zədələnmiş uşaqlıq yolunun sürətli bərpasını təmin edir, selikli qişanın  epitelizasiyasını gücləndirməklə sürətli regenerasiyasını təmin edir. Doğuşdan və carrahi müdaxilədən sonra qalan çapıqların sorulmasını təmin edir.
Gülümbaharın yağlı ekstraktı – (Calendula Officinalis L.) (tərkibində salisil və pentadesil turşuları vardır) sayəsində, bakterisid, yarasağaldıcı, iltihab əleyhinə təsirlərə malikdir, həmçinin streptokokk və stafilokokkları məhv edir. İltihab əleyhinə, yarasağaldıcı və antiseptik vasitə kimi uşaqlıq boynunun eroziyasında, trixomonad kolpitində tətbiq edilir.
Aloe vera – ekstraktı nəmləndirici xüsusiyyətə malikdir, toxumaların elastikliyini təmin edir; iltihab proseslərinə təsir göstərir, zədələnmiş toxumaların çapıqlaşmasının qarşısını alır. Aloe Vera ekstraktı yarasağaldıcı xüsusiyyətə də malikdir. Bundan başqa Aloe Vera ekstraktı bitki mənşəli antimikotikdir. Bakteriostatik xüsusiyyəti sayəsində isə, orqanizmi bakteriya və virus infeksiyalarından müdafiə edir.
Çay ağacı yağı – antiseptik, antibakterial, antiviral və antifungal təsirləri ilə patogen bakteriyalara, viruslara və göbələklərə öldürücü təsir göstərərək yaraları sağaldır. Tərkibiniə 100-dən çox terpen birləşmələr daxildir. Bunlardan alfa-terpin, lainalool və alfa-terpineolu göstərmək olar. Lipofil terpineollar mikroorqanizmlərin hüceyrə membranından keçərək onlara toksiki təsir göstərir, membranlarını dağıdaraq öldürücü təsir göstərir. Xüsusilə bakteriyalara öldürücü təsir göstərdiyindən antibiotiklərin belə çətinliklə məhv etdiyi “Staphylococcus aureus” bakteriyalarına öldürücü təsir göstərir.

GÖSTƏRİŞLƏRİ:

  • Qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (vulvit, vaginit, vulvovaginit, salpingit, ooforit, salpingo-ooforit, endometrit və s.)
  • Uşaqlıq yolunun eroziyası.
  • Uşaqlıq yolunun selikli qişasının atrofik və distrofik vəziyyətinin müalicəsi zamanı (pre- və postmenopauza dövründə atrofik kolpit (vaginit).
  • Doğuşdan, ginekoloji əməliyyatlardan sonra yaraların sağalması və bitişmənin sürətlənməsi məqsədilə.
  • Estrogen çatışmazlığının səbəb olduğu uşaqlıq yolunun selikli qişasının quruluğu zamanı
  • Abortdan, uşaqlıqdaxili kontraseptiv spiralın istifadəsindən, uşaqlıq boynu diatermokoaqulyasiyasından, histeroqrafiya və uretradaxili müayinələrdən əvvəl və sonra.
  • Uşalıq yolu atrofiyasının simptomlarını aradan qaldırmaq məqsədilə (qaşınma, dispareuniya, vulvodiniya (vulva nahiyyəsində ağrı, quruluq və gərginlik hissi).
  • Kimyəvi terapiya, ionlaşdırıcı radiasiya zamanı distrofik vəziyyətlər.

Əks göstərişlər: Hamiləlik və laktasiya, preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq
Hamiləlik və laktasiya dövründə istifadəsi: hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi məlum deyildir. Belə hallarda həkiminizə müraciət etməyiniz tövsiyyə olunur.
İstifadə qaydası və dozası: Gün ərzində 1 dəfə (axşam yatmazdan əvvəl) xüsusi aplikator vasitəsi ilə (vaginal yeritmək) 5 ml həcmində preparat uşaqlıq yoluna yeridilir. Müalicə müddəti 2-4 həftə.
Əlavə təsirləri: Uzun müddət istifadəsi zamanı individual hiperhəssaslıq halları müşahidə oluna bilər.
Buraxılış forması: 30 ml vaginal gel
Saxlanma şəraiti: 250C-dən aşağı temperaturda quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Aptekdən buraxılış qaydası: Reseptsiz
Məhsulun və əmtəə nişanının sahibi “WISE PHARMA”  LLP – Böyük Britaniya.
İstehsalçı: «Gricar Chemicals» S.R.L – İtaliya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …