Densip

Allergiya əleyhinə antihistamin dərman vasitəsi

TƏRKİBİ:
Setirizin-hidroxlorid 10mq

FARMKOLOJİ QRUPU: Allergiya əleyhinə antihistamin dərman vasitəsi
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Setirizin antiallergik, farmakoloji dozalarda zəif yuxugətirici təsirə malik güclü antihistamin maddədir. O H1-histamin reseptorlarin selektiv antagonistidir, digər reseptorlara isə nəzərəçarpan təsir göstərmir. Buna görə də faktik olaraq antixolinergik və antiserotonin effekti yoxdur. Setirizin allergik reaksiyanın ilkin fazasında histamin mediatorunu inhibə edir, həmçinin onun ifrazını azaldır. 10 mq  dozada setirizin qəbul etdikdən 30 – 60 dəq sonra 0.3 mkq/ml həddində qanda yüksək konsentrasiyası yaranır. Yarımparçalanma dövrü təxminən 11 saatdır. Absorbsiyası çox konsistentdir. Böyrək klirensi 40 ml/dəq və ekskresiyası təxminən 9 saatdır. Setirizin hidroxlorid plazma zülalları ilə davamlı birləşir.

GÖSTƏRİŞLƏRİ:

  • Müxtəlif mənşəli allergiyalar (medikamentoz, qida, həşarət dişləmələri zamanı yaranan allergik reaksiyalar)
  • Mövsümi və daimi allergik rinitlər, polinoz
  • Bronxial və atopik astma
  • Allergik konyuktivit
  • Urtikər (övrə) və səpgilər
  • Allergik, kontakt və atopik dermatitlər
  • Xroniki ekzema
  • Xroniki idiopatik övrə 

ƏKS-GÖSTƏRİŞLƏR: preparatın tərkibində olan hər hansı bir komponentə qarşı hipersensibilizasiya. 6 yaşa qədər uşaqlar.  Densip  həmçinin laktasiya dövründə əks göstərişdir, belə ki, təsiredici maddə ana südünə nüfuz edir.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİƏLAVƏ TƏSİRİ: Lakin dərman yalnız zərurət olduğda və həkimlə məsləhətləşdikdən sonra qəbul edilə bilər. Setrizin ana südünə daxil olur, odur ki əmizdirmə dövründə densip dərmani qəbul edilməməlidir
NƏQLIYYAT VASITƏLƏRINI VƏ POTENSIAL TƏHLÜKƏLI MEXANIZMLƏRI IDARƏETMƏ QABILIYYƏTINƏ TESIRI: Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edən zaman tövsiyyə olunan dozadan artıq qəbul etmək məsləhət görülmür.
ƏLAVƏ TƏSİRİ: Nadir hallarda başagrı, yuxusuzluq, yorğunluq, ürək bulanması, ağız boşluğunda quruluq müşaidə oluna bilər.
İSTİFADƏ QAYDASI:
6-12 yaş uşaqlar 5 mq (1/2 tablet) gündə iki dəfə
12 yaşdan yuxarı və böyüklər 10 mq (1 tablet) sutkada bir dəfə daxilə qəbul olunur.
Böyrək çatışmazlığı olan şəxslərdə dozanı yarıya bölmək (5mq) məsləhət görülür.
Müalicə müddəti xəstəliyin növündən, davam etmə müddətindən və xəstəliyin gedişindən asılıdır və həkim tərəfindən müəyyən edilir. 6 yaşına qədər uşaqlara Densip qəbul etməsi tövsiyyə olunmur.
BURAXILIŞ FORMASI: 30 tablet içlik vərəqə ilə birlikdə karton qutuya  qablaşdırılıb.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  “WISE PHARMA” Böyük Britaniya
İSTEHSAL EDİLİR: “ Speshial Line” İtaliya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …