Robsen

 Proton nasosunun inhibitoru

TƏRKİBİ: RABEPRAZOL – 20 mq

FARMKOLOJİ QRUPU:  Proton nasosunun inhibitoru.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Farmakodinamikası: Rabeprazol H+K +ATF –azanı spesifik olaraq inaktivləşdirməklə xlorid turşusunun sekresiyasının qarşısını alır. Rabeprazol proton nasosunun inhibitoru kimi xarakterizə olunur. O, xlorid turşusunun sintezinin son mərhələsini dəf edir. Rabeprazol 20 mq dozada qəbul edildikdə bütün gün ərzində xlorid turşusunun sintezini sürətlə ingibə edir.
Farmakokinetikası: Xlorid turşusu Rabeprazola təsir göstərdiyindən preparat bağırsaqda həll olan mikroqranullar şəklində qəbul edilir. Daxilə qəbul edildikdən sonra o, sürətlə sorulur və plazmada max konsentrasiyası 1-2 saatdan sonra qeyd olunur. Qida ilə birlikdə qəbul edildikdə preparatın biomənimsənilməsi aşağı düşür. Plazma zülalları ilə 97% birləşir. Preparatın metabolizmi əsasən qaraciyərdə gedir. Yarım atılma dövrü 1,5 saatdır. Əksər hissəsi orqanizmdən ödlə , 15-30% -i metabolitlər şəklində sidiklə xaric olur.

GÖSTƏRİŞLƏRİ:

  • Mədə- 12 barmaq bağırsağın xorası
  • Erroziv və xoralı ezofaqit və reflyuks ezofagit
  • Qastroezofagial-reflyuks xəstəliyi
  • Qeyri-xoralı dispepsiya
  • Xroniki qastrit
  • Peptik və stres xoraları
  • Zollinger – Ellison sindromu
  • pilori-nin erradikasiyası (antibakterial müalicə ilə birlikdə)
  • QSİƏP-ın uzun müddətli qəbulu ilə əlaqadar yaranan qastropatiyalar
  • Xronik pankreatit kəskinləşmə fazasında

ƏKS-GÖSTƏRİŞLƏR: Hamiləlik və laktasiya dövrü, rabeprozol komponentinə qarşı həssaslığın artması, kəskin böyrək çatışmazlığı, kreatin klirensi 30 ml/dəq
ƏLAVƏ TƏSİRİ: Diareya, iştahanın azalması, ürəkbulanma, qarında ağrı , MBT –də kandidoz, qaraciyər fermentlərinin yüksəlməsi
İSTİFADƏ QAYDASI:
Preparat  səhərlər  acqarına yeməkdən  15- 20 dəq əvvəl  qəbul olunur.
12 barmaq bağırsağın xora xəstəliyində : 20 mq  gündə 1 dəfə  ( 4 həftə)
Mədənin xora xəstəliyində : 20 -60 mq gündə 1 dəfə ( 4- 8 həftə)
Qeyri xoralı dispepsiya: 20 mq  gündə 1 dəfə ( 2-4 həftə)
Eroziv- xoralı ezofagit : 20 -60 mq gündə 1 dəfə ( 4 – 8 həftə)
BURAXILIŞ FORMASI: 28 tablet içlik vərəqə ilə birlikdə karton qutuya  qablaşdırılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  “WISE PHARMA” Böyük Britaniya
İSTEHSAL EDİLİR: “ Laboratorios LİCONSA, S.A” İspaniya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …