Siplor

SİPLOR    şərbət
SIPLOR
Beynəlxalq patentləşdirilməmiş adı: butamirate citrate
Tərkibi
Təsiredici maddə:    5 ml məhlulun tərkibində 22,5 mq butamirat sitrat vardır.
Köməkçi maddələr: sorbitol (70% qeyri-kristallik), natrium benzoat, moruq dadlandırıcısı (FM00192), qliserol, sukraloza, fruktoza, limon turşusu monohidrat, natrium sitrat dihidrat, tutti frutti dadlandırıcısı (FM04706), azorubin (karmoizin), təmizlənmiş su.
Təsviri
Siplor  açıq çəhrayı rəngli, şəffaf, meyvə ətirli məhluldur, 5 ml ölçü qaşığı ilə PE vistop qapağı olan 100 ml Tip II kəhrəba rəngli şüşə qabda təqdim olunur.
Farmakoterapevtik qrupu
Mərkəzi təsirli öskürək əleyhinə vasitə.
ATC kodu: R05DB13.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Preparatın təsiredici maddəsi olan butamirat mərkəzi təsirli öskürək əleyhinə vasitədir. Opium alkaloidlərinə nə kimyəvi, nə farmakoloji olaraq aid deyil. Öyrəşmə, yaxud asılılıq törətmir. Öskürək mərkəzinə bilavasitə təsir etməklə, öskürəyi ləngidir. Bronxgenişləndirici təsirə malikdir. Spirometriya göstəricilərini (tənəffüs yollarının müqavimətini azaldır) və qanın oksigenlə təchizatını yaxşılaşdırmaqla tənəffüsün yaxşılaşmasına səbəb olur.
Farmakokinetikası
Absorbsiya – yüksəkdir. Daxilə qəbulundan sonra əsas metabolitin (2-fenil-yağ turşusu) plazmada maksimal konsentrasiyası 9 saat sonra müşahidə olunur və 1,4 mkq/ml təşkil edir. Butamiratın ilkin olaraq 2-fenilyağ turşusuna və dietilaminoetoksietanola qədər hidrolizi qanda başlayır. Bu metabolitlər həmçinin öskürək əleyhinə aktivliyə malikdir və butamirat kimi, plazma zülalları ilə əhəmiyyətli dərəcədə (95%-ə yaxın) birləşir. Bu isə onların yarımxaricolma dövrünün uzunmüddətli olmasına səbəb olur. 2-fenil-yağ turşusu qismən hidroksilləşmə yolu ilə metabolizmə uğrayır. Preparatın təkrar qəbulu zamanı kumulyasiya müşahidə olunmur.
Butamiratın yarımxaricolma dövrü – 13 saatdır. Metabolitlər əsasən böyrəklər vasitəsilə xaric olur. Həm də 2-fenilyağ turşusu əsasən qlükuron turşusu ilə birləşmiş şəkildə xaric olunur.
İstifadəsinə göstərişlər
Müxtəlif etiologiyalı quru öskürək («soyuqdəymə» xəstəlikləri zamanı, qrip, göyöskürək zamanı və digər hallarda) zamanı. Əməliyyatönü və əməliyyatsonrası dövrlərdə, cərrahi müdaxilələr zamanı və bronxoskopiya zamanı öskürəyin aradan qaldırılması üçün.
Əks göstərişlər
Dərman vasitəsinin komponentlərinə qarşı yüksək həssaslıq, 3 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Siz/uşağınız digər bəlğəmgətirici dərmanlar da qəbul edirsinizsə, diqqətli olmalısınız. Siplorun bu cür dərmanlarla eyni vaxtda istifadə edilməsi tövsiyə olunmur.
Öskürək 7 gündən çox davam edərsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Siplorun bəzi inqrediyentləri haqqında vacib məlumat
Siplorun tərkibində köməkçi maddə kimi sorbitol var. Əgər bəzi şəkərlərə qarşı dözümsüzlüyünüz varsa, Siplor  qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın. Əgər Siploru gündə 4 dəfə 5 ml istifadə etmək lazımdırsa, Siplor tərkibindəki sorbitol sayəsində yüngül işlədici təsir göstərə bilər.
Siplorun tərkibində həmçinin dadlandırıcı kimi sukraloza və fruktoza vardır. Əgər bəzi şəkərlərə qarşı dözümsüzlüyünüz varsa, bu məhsulu qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın.
Siplorun tərkibində rəngləndirici kimi azorubin var. Allergik reaksiyalara səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Butamiratın hər hansı dərman vasitəsi ilə qarşılıqlı təsirləri təsvir olunmayıb. Dərman vasitəsi ilə müalicə dövründə alkoqollu içkilərdən, həmçinin mərkəzi sinir sisteminə tormozlayıcı təsir göstərən dərman vasitələrindən (yuxugətirici preparatlar, neyroleptiklər, trankvilizatorlar və digər preparatlar) istifadə etmək məsləhət görülmür.
Butamiratın öskürək refleksini ləngitdiyini nəzərə alaraq bəlğəmin tənəffüs yollarında yığılaraq bronxospazm və tənəffüs yollarının infeksiyası yaratmaq riskindən qaçmaq üçün eyni zamanda bəlğəmgətirici preparatların qəbulundan qaçmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərman vasitəsinin hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi və onun plasentar baryerdən keçməsi barədə məlumat yoxdur. Dərman vasitəsinin hamiləliyin birinci trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin II və III trimestrlərində ana üçün faydası və döl üçün potensial risk nisbəti nəzərə alınmaqla preparatın istifadəsi mümkündür. Dərman vasitəsinin ana südünə keçməsi öyrənilməyib, bu səbəbdən preparatın laktasiya dövründə istifadəsi tövsiyyə olunmur.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini idarəetmə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb olunan digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək məsləhət görülür, belə ki, preparat yuxululuq və başgicəllənmə yarada bilər.
İstifadə qaydası və dozası
Həkim tərəfindən fərqli təyinat edilmədikdə, aşağıda qeyd olunmuş dozalardan istifadə edin.
6 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir.
6 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə 5 ml
12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 5 ml
Böyüklər: gündə 4 dəfə 5 ml qəbul etməlidir.
Həkiminiz fərqli təyinat vermədiyi halda, Siploru 1 həftədən çox istifadə etməyin.
İstifadə qaydası:

  • Siplor daxilə qəbul olunur.
  • Preparatın dozasını tənzimləmək üçün ölçü qaşığından istifadə edin. Hər istifadədən sonra ölçü qaşığını yuyun və qurudun.

Fərqli yaş qruplarında istifadəsi:

Uşaqlarda: 6 yaşdan kiçik uşaqlarda Siplorun istifadəsi tövsiyə edilmir.

Yaşlılarda: Siplorun yaşlı xəstələrdə təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.

Əlavə təsirləri
Bütün dərmanlar kimi, Siplorun tərkibindəki komponentlərə həssas olan insanlarda əlavə təsirlər ola bilər.
Əlavə təsirlər aşağıdakı kimi təsnif edilir:
Çox tez-tez (10 xəstədən ən azı 1-də müşahidə oluna bilər)
Ümumi (10 xəstədən 1-dən az, lakin 100 xəstədən 1-dən çox)
Bəzən (100-dən 1-dən az, lakin 1000 xəstədən 1-dən çox)
Nadir (1000 xəstədən 1-dən az, lakin 10.000 xəstədən 1-dən çoxu təsir edə bilər)
Çox nadir (10.000 xəstədən 1-ə qədər təsir göstərə bilər)
Naməlum (mövcud məlumatlar əsasında təxmin edilə bilməz)
Aşağıdakılardan hər hansı biri baş verərsə, Siproldan istifadəni dayandırın və DƏRHAL həkiminizə  məlumat verin və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin:
Nadir:
– Yuxululuq
– Ürəkbulanma
– İshal
– Allergik səpgilər
Bu vərəqədə qeyd olunmayan hər hansı əlavə təsirlərlə qarşılaşsanız, həkiminizə və ya əczaçınıza məlumat verin.

Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı aşağıdakı simptomlar baş verə bilər: yuxululuq, ürəkbulanma, qusma, ishal, yuxululuq və arterial təzyiqin enməsi. Bu təsirlər dozanın azaldılması və ya müalicənin dayandırılması ilə yox ola bilər. Dərman dayandırıldıqdan sonra bu təsirlər davam edərsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Buraxılış forması
100 ml şərbət flakonda. 1 flakon ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir
Qablaşdırmada göstərilən yararlılıq tarixindən sonra preparatı istifadə etməyin.
Məhsulda və/və yaxud qablaşdırmada hər hansı qüsur aşkar etdikdə preparatdan istifadə etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Drogsan İlaçları San. ve Tic. A.Ş.
Esenboğa Merkez Mah. Çubuk Cad. No:31 Çubuk – Ankara/TURKEY.
Qeydiyyat vəsiqəsinin sahibi
“WISE PHARMA” LP.
Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. Glasgow-Şotlandiya.
Məhsulun və əmtəə nişanının sahibi
“WISE PHARMA” LP.
Office 7 Centrum Offices 38 Queen Street, G1 3DX. Glasgow-Şotlandiya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …